Modern.az

Tacikistanda oxumaq istəyənlərin nəzərinə!

Tacikistanda oxumaq istəyənlərin nəzərinə!

Təhsil

30 May 2024, 19:57

“Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında əməkdaşlığa dair imzalanmış protokol”a uyğun olaraq 2024-2025-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edilir.

 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Modern.ax-a bildirilib ki, ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan edilən təqaüd proqramı tacik, rus və ingilis dillərində tədris olunur.

 

Təqaüd proqramına müraciətlər iyunun 15-dək qəbul olunur. Proqram barədə daha ətraflı məlumatı elan vasitəsilə əldə etmək mümkündür.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi