Modern.az

Milli Şura üzvündən etiraf: “Qurum idarəolunan səviyyədə deyil”

Milli Şura üzvündən etiraf: “Qurum idarəolunan səviyyədə deyil”

Təhsil

12 Noyabr 2013, 15:44


“Milli Şurada ciddi struktur dəyişikliyinə ehtiyac var. Yəni qurum idarəolunacaq səviyyəyə gətirilməlidir. Bütün bu məsələlər müzakirə olunmalıdır”. Bunu Modern.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı deyib. O bildirib ki, MŞ ilə bağlı təkliflərin mətbuatda müzakirəsi etik deyil: “Nə qədər ki bu müzakirələr bitməyib, bu barədə mətbuata açıqlama vermək düzgün deyil. Milli Şuranın taleyi ilə bağlı alternativ fikirlər həddin artıq çoxdur”.

R. Manaflı Milli Şuranın üzvlərinin sayının artırılması məsələsinə də münasibət bildirib: “Sonuncu iclasda bununla bağlı müzakirələr aparılanda dedim ki, hələ hazır deyiləm. Milli Şura yarananda 51 nəfər üçün nəzərdə tutulmuşdu, sonra orada təmsil olunan insanların sayı 129-a çatdı. Üzvlərin artırılması kimi məsələlər də müzakirə edilməlidir. Yəni üzvlər artırılarsa, gələcək fəaliyyət, partiyaların rolu nədən ibarət olacaq”. İlkin  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!