Modern.az

BDU-nun “SABAH” qrupları niyə bağlandı? - Nazir aydınlıq GƏTİRDİ

BDU-nun “SABAH” qrupları niyə bağlandı? - Nazir aydınlıq GƏTİRDİ

Təhsil

1 İyun 2024, 12:28

Elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetindəki (BDU) “SABAH” qruplarının bağlanmasına aydınlıq gətirib.

Modern.az-ın məlumatına görə, jurnalistlərə açıqlamasında deyib ki,  “SABAH” qrupları ənənəvi olaraq bir ali təhsil müəssisəsində tədris olunub.

"Bir ixtisas heç vaxt iki universitetdə olmayıb. “SABAH” qrupunun əsas fəlsəfəsi tələbələri bir ali təhsil müəssisəsində toplamaqdır".

Emin Əmrullayev bildirib ki, “SABAH” qrupları üzrə hüquqşünaslıq ixtisasının BDU-da bağlanması həmin ali təhsil müəssisəsində eyniadlı ixtisasın bağlanması demək deyil:

“Təbii ki, orada hüquqşünaslıq ixtisasına qəbul davam edəcək. Qarabağ Universitetində “SABAH” qrupları üzrə hüquqşünaslıq ixtisasının tədris olunmasına gəlincə, burada tələbələrə daha çox sosial güzəştlər verə bilirik. Bu səbəbdən “SABAH” qrupları üzrə hüquqşünaslıq ixtisasının Qarabağ Universitetində olması ilə əlçatanlığı təmin edə biləcəyik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi