Modern.az

“Dağlıq Qarabağ büdcəyə ayrıca sətirlə daxil olmalıdır”

“Dağlıq Qarabağ büdcəyə ayrıca sətirlə daxil olmalıdır”

13 Noyabr 2013, 16:15

Ötən gün Milli Məclisdə bir çox məsələlərlə yanaşı, Dağlıq Qarabağ məsələsinə də diqqət yetirən deputat Zahid Oruc Dağlıq Qarabağın büdcəyə ayrıca sətirlə daxil olmasını təklif edib. O, Modern.az-a bildirib ki, bu siyasi məsələ olduğundan problem həll olunmalıdır.

“Biz ərazimizi bütöv götürürüksə, o dairədən millət vəkili seçilibsə, əgər həmin bölgələrin icra hakimiyyətləri büdcədən maliyyələşirsə, Dağlıq Qarabağ erməniləri daxil, bütün bu əraziləri büdcədə göstərməliyik. Biz dünyaya göstəririk ki, ermənilərin separatizmi səbəbindən bu müddəa hələ ki, işləmir. Nə vaxt ki, Konstitusiyanı tanıyacaqlar, Azərbaycan vətəndaşı olduqlarını bəyan edəcəklər, o müddəa işə düşəcək. Ayrı-ayrı qurumlara verilməyən vəsaitlərdən danışıram. Bu pullar Qarabağ həllinin modeli deyil. Amerikaya deyirik ki, nə üçün Qarabağa yardım edirsiniz? Bizdən soruşacaqlar ki, özümüzün büdcəmizdə vəsait müəyyənləşibmi? Yox. Biz bunu etməliyik. Samir Şərifov qeyd etdi ki, bu məsələyə cavab vermək səlahiyyəti yoxdur. Bu, siyasi məsələdir. Ona görə də bu məsələni həll etməliyik”, – deyə Z. Oruc bildirib.

  Aytən ƏLİYEVA   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır