Aşura günü münasibətilə Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları təşkil edəcək. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aksiyalar noyabrın 14-də Bakıdakı В.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuzioloqiya İnstitutunda, habelə Bakıdakı Təzəpir, Mirmövsüm ağa, İçərişəhər Cümə, Hacı Soltanəli və Keşlə qəsəbə məscidlərində keçiriləcək. Qanvermə aksiyaları həmin gün Sumqayıt, Lənkəran, Şəki və Bərdənin məscidlərində də təşkil olunacaq.
Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin digər xəstələrin müalicəsində istifadə ediləcək.
Lalə