Modern.az

Sertifikatlaşmada uğur qazanan müəllimlərin şagirdləri də yüksək nəticə əldə edib

Sertifikatlaşmada uğur qazanan müəllimlərin şagirdləri də yüksək nəticə əldə edib

Təhsil

6 İyun 2024, 10:35

"Sertifikatlaşma müəllimin üzərində çalışması üçün stimuldur".

 

Modern.az xəbər verir ki, bu barədə təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı media nümayəndələri üçün məlumatlandırıcı sessiyada çıxışı zamanı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.


Onun sözlərinə görə, sertifikatlaşma məsələsində ən əsas məqsəd tədrisin keyfiyyətinin artırılmasıdır:


"Artıq 3 ildir ki, həm 4, həm də 6-cı siniflərin monitorinqləri keçirilir. Bu nəticələr müəllimlərin sertifikatlaşma nəticələri ilə qarşılaşdırıldı. Göründü ki, sertifikatlaşma zamanı yüksək nəticə əldə edən müəllimlərin şagirdləri də yüksək nəticə əldə edib".

 

Rəşid Qarayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi