Modern.az

Təkrar ali və orta ixtisas təhsili üçün sənəd qəbulu davam edir

Təkrar ali və orta ixtisas təhsili üçün sənəd qəbulu davam edir

Təhsil

7 İyun 2024, 11:49

Əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili istiqaməti üzrə elektron sənəd qəbulu prosesi davam edir.  

Modern.az xəbər verir ki, Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali və orta ixtisas təhsili müəssisələrinə təkrar ali və ya orta ixtisas təhsili üçün müraciət etmək istəyənlər www.portal.edu.az vasitəsilə sənədlərini təqdim edə bilərlər.
 
Portal vasitəsilə müraciətin cari statusu, müsahibə və imtahanlara dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi