
Milli Məclisin deputatı Fuad Muradov parlamentin bu günkü iclasında Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqların (onlar indi gəncdirlər-red.) məsələsiin qaldırıb.
Deputat bildirib ki, ötən il bu məsələ ilə bağlı Milli Məclisdə məsələ qaldırıb. “Keçən il biz müraciət etmişdik ki, Xocalı faciəsində hər iki valideyinlərini itirən 25 nəfərin məsələsinə baxılsın. Düşünürəm ki, onların məsələsinə bir də qayıtmaq olar. Bu çox böyük məsələ deyil. Azərbaycan dövləti tərəfindən qaçqın və məcburi köçkünlər üçün cənab prezidentin sərəncamı ilə yeni binalar, məktəblər tikilir. Bu 25 nəfərə xüsusi yanaşma olsa, həm də bu bir az fərqlənər”-deyə deputat vurğulayıb.
Modern.az