Modern.az

Azərbaycanda marağını itirən ixtisaslar - VİDEO 

Azərbaycanda marağını itirən ixtisaslar - VİDEO 

Təhsil

7 İyun 2024, 22:30

Hazırda ölkəmizdə biomedikal mühəndislik, kompyuter dizayneri, nanotexnologiya, informasiya təhlükəsizliyi, ekologiya kimi ixtisaslara maraq həddindən artıq çoxdur.

 

Modern.az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə müsahibəsində təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, müəyyən ixtisaslara marağın azalma səbəbi isə yaxın gələcəkdə onları süni intellektin əvəzləyə bilməsi olmasıdır və bu da onların prespektivini azaldır.

 

O, deyir ki, hətta keçiriləcək COP29 tədbiri abituriyentlərdə ekologiya sahəsindəki ixtisaslara xüsusi maraq yaradıb.

 

Ekspert yaxın gələcəkdə mühasibatlıq, tərcüməçilik kimi ixtisaslara ehtiyac olmayacağı üçün bu ixtisaslara abituriyentlər tərəfindən marağın olmadığını da qeyd edib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi