Modern.az

Deputatlardan XƏBƏRDARLIQ: “Azərbaycanda ekstremizm üçün şərait var”

Deputatlardan XƏBƏRDARLIQ: “Azərbaycanda ekstremizm üçün şərait var”

Təhsil

14 Noyabr 2013, 16:12

Fazil Mustafa: “Dövlət dinə sahib çıxmalıdır”

“Dövlət dinə qarşı yox, cəhalətə qarşı amansız mübarizə aparmalıdır. Dinə bayağı yanaşmalar ortadan qaldırılmalıdır”. Bu fikirləri Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa “Din-azadlıq- tolerantlıq” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

Millət vəkili telekanallarda Ramazan ayında belə, normal dini verlişlərə yer  ayrılmadığından gileylənərək vurğulayıb ki, dövlət dinə qalib gəlməlidir düşüncəsini deyil, dövlət dinə sahib çıxmaqla bağlı mövqeyini göstərməlidir. Belə olarsa dini azadlıqların da, dini neqativliklərin də qarşısını almaq mümkündür.

F.Mustafa bildirib ki Azərbaycanda İslamın qılınc gücünə qəbul olunması fikri illüziyadır. İslam dinində zorakılıq olmadığına görə tarixçilərin sovet dövründə uydurmalarını indi tezis kimi qəbul etmək düzgün deyil.  

“Ekstremizmin qarşısını almaq asan olmayacaq”

“Gənclərimizin İslama güclü axını var və onlar bu dinə siyasi, maddi rifah üçün gəlirlər. Dövlətin nəzarəti olmasa, İslam dini ölkədə radikallaşacaq, buna görə də Azərbaycanda ekstremizm üçün şərait var”. Bunu isə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxışında səsləndirib.

İranda əmmaməli, Türkiyədə qalstuklu mollalar vasitəsilə dini radikalizmin inkişaf etdiyini vurğulayan Q.Həsənquliyevin fikrincə, dini ekstremizmin zaman-zaman qarşısını almaq asan olmayacaq, bunun üçün də ölkədə təbliğat işi gücləndirilməlidir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır