Modern.az

Bakıda müəllimlərin orta aylıq maaşı AÇIQLANDI

Bakıda müəllimlərin orta aylıq maaşı AÇIQLANDI

11 İyun 2024, 10:20

Bakıda müəllimlərə verilən orta aylıq əməkhaqqının məbləği açıqlanıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb

 

Bildirilir ki, 2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 985 manat təşkil edib.

 

Xatırladaq ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 29 767 müəllim fəaliyyət göstərir.

 

Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 505 372 şagird təhsil alır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi