Modern.az

AzMİU-nun “Brend tələbə”ləri mükafatlandırılıb - FOTO

AzMİU-nun “Brend tələbə”ləri mükafatlandırılıb - FOTO

11 İyun 2024, 13:52

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

 

Modern.az xəbər verir ki, iyunun 11-də AzEdu.az və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

 

Tədbirdə AzEdu.az Təhsil Portalının icraçı direktoru Tünzalə Abbasova, AzMiU-nun PR və media bölməsinin rəhbəri Nicat Abdullayev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin(THiK) sədri Şahmar Rəfili, PR və media bölməsinin əməkdaşı Günel Həsənova və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

 

Mükafatlandırma mərasimi Nicat Abdullayevin nitqi ilə başlayıb. O, “Brend tələbə” layihəsi ilə bağlı AzEdu.az-a təşəkkür edib, gəncləri təbrik edib.


Daha sonra Tünzalə Abbasova layihə barədə ətraflı məlumat verib, gəncləri təbrik edib. Qeyd edib ki, tələbələri motivasiya etmək üçün bu layihənin xüsusi rolu var.

 

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Brend tələbə" statusuna layiq görülmüş gəncləri aşağıdakılardır:

 

İbrahim Orucov - İnşaat fakültəsi, Sənaye mühəndisliyi ixtisası, III kurs tələbəsi;

 

Cəbrayıl Orucov - Mexanika və İnformasiya Texnologiyaları fakültəsi, İnformasiya texnologiyaları ixtisası, II kurs tələbəsi;

 

Quliyev Röyal - Memarlıq fakültəsi, Şəhərsalma ixtisası, II kurs tələbəsi;

 

Məlikov Niyət - İnşaat fakültəsi, Materiallar mühəndisliyi ixtisası, II kurs tələbəsi;

 

Ağamətova Zeynəb - Su təsərrüfatı və mühəndis kommunikasiya tistemləri fakültəsi, Melorasiya mühəndisliyi ixtisası,II kurs tələbəsi;

 

Şövqü Hüseynli - Mexanika və İnformasiya Texnologiyaları fakültəsi ,İnformasiya texnologiyaları ixtisası, III kurs tələbəsi;

 

Elşən Abdullayev - Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi, Ekologiya ,IV kurs tələbəsi;

 

Babayeva Könül - Mexanika və İnformasiya Texnologiyaları fakültəsi, İnformasiya texnologiyaları ixtisası, II kurs tələbəsi;

 

Hüseynova Xatun -Nəqliyyat fakültəsi, Daşınmaz əmlakın kadastrı ixtisası, II kurs tələbəsi;

 

Quluyeva Aysel – Tikinti- iqtisad fakültəsi, İqtisadiyyat ixtisası ,III kurs tələbəsi.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi