Modern.az

ADA nəşi tapılan Ceyhunla bağlı PAYLAŞIM ETDİ

ADA nəşi tapılan Ceyhunla bağlı PAYLAŞIM ETDİ

Təhsil

11 İyun 2024, 20:53

ADA Universiteti Naxçıvanda nəşi tapılan hərbçimiz Ceyhun Hüseynovla bağlı məlumat yayıb.

 

Modern.az sözügedən məlumatı təqdim edir:

 

"Kədər hissi ilə bildiririk ki, ADA Universitetinin məzunu Ceyhun Hüseynov həyatını itirib. 

 

627 balla ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisasına daxil olan Ceyhun orta məktəbi qızıl medalla bitirmişdi. Yaponiyada mübadilə proqramı çərçivəsində təhsil alan Ceyhun yüksək göstərici ilə məzun olub. Magistr dərəcəsini Təl-Əvivdə alan Ceyhun vətənə qayıtdıqdan sonra hərbi xidmətə yollanıb. Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşmüş Ceyhunun nəşi bu gün tapılıb. 

 

Onun yaxınlarına dərin hüznlə başsağlığı veririk. Ceyhunun əziz xatirəsi qəlbimizdə yaşayacaq".

 

İyunun 9-da naməlum şəraitdə itkin düşmüş hərbi qulluqçumuzun nəşi bu gün səhər saatlarında tapılıb. Onun Ordubad rayonunda dəfn olunacağı bildirilir.

​​​​​​

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?