Modern.az

Bu dəfə də 700 bal toplayan olmadı...

Bu dəfə də 700 bal toplayan olmadı...

Təhsil

11 İyun 2024, 21:29

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 26 may 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

 

Modern.az-ın məlumatına görə, imtahanda heç kim maksimum - 700 bal toplaya bilməyib.

 

Belə ki, II ixtisas qrupu üzrə ən yüksək nəticəni 693.9 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 393.9 bal toplayıb.

 

III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 692.5 bal toplayan M.Ələkbərov adına Tovuz şəhər məktəbinin məzunu Məhərrəmzadə İlahə Rəşad qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 392.5 bal toplayıb.

 

Qeyd edək ki, bu il buraxılış imtahanının iştirakçıları arasında 53 nəfər 300 bal toplayıb. Bir çox ekspert bir neçə abituriyentin bu il son illərdə qeydə alınmayan 700 bal toplayacağını proqnozlaşdırıb. 

 

Onu da qeyd edək ki, İ və IV qrupların nəticələri gələn həftə açıqlanacaq. Bundan başqa növbəti ay qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdi keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı