Modern.az

III qrupun lideri bu universitetdə oxumaq İSTƏYİR

III qrupun lideri bu universitetdə oxumaq İSTƏYİR

Təhsil

12 İyun 2024, 09:54

III ixtisas qrupu üzrə ən yüksək nəticəni toplayan İlahə Məhərrəmzadə Modern.az-a açıqlama verib. 

 

O bildirib ki, bundan sonrakı imtahanda maksimal bal əldə etmək üçün səylə hazırlaşır.

 

"Baklavr pilləsi üzrə təhsilimi Dövlət İdarəçilik Akademiyasında, magistr təhsilimi isə xaricdə almağı hədəfləyirəm. Abituriyentlərə tövsiyəm odur ki, çox oxumaqla yanaşı əzmlə çalışsınlar və vaxtlarını düzgün bölsünlər", - İlahə Məhərrəmzadə qeyd edib.

 

***

21:51/11.06.2024

 

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 26 may 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

 

Modern.az-ın məlumatına görə, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə ən yüksək nəticəni 692.5 bal toplayan M.Ələkbərov adına Tovuz şəhər məktəbinin məzunu Məhərrəmzadə İlahə Rəşad qızı göstərib.

 

O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 392.5 bal toplayıb.

 

İlahə bundan əvvəl Modern.az-a açıqlamasında ali təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq ixtisasında almaq istədiyini bildirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi