Modern.az

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsi həyata keçirilib - FOTO

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsi həyata keçirilib - FOTO

Təhsil

12 İyun 2024, 16:08

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsi çərçivəsində Lənkəran və Şəki məktəbliləri teatr tamaşalarını izləyiblər.

Elm və Təhsil Nazirliyindən Modern.az verilən xəbərə görə, nümayiş etdirilən tamaşalar Lənkəran Dövlət Dram Teatrında “Haqqın 44 günü” və Şəki Dövlət Dram Teatrında “Çələbi xan” olub. Tamaşaları ümumilikdə 2 500 nəfərə yaxın məktəbli izləyib.

Layihə Elm və Təhsil Nazirliyi, eləcə də Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Qeyd edək ki, layihənin məqsədi uşaq və gənclərdə estetik zövq formalaşdırmaq, onların incəsənətə marağını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdir. Layihə çərçivəsində növbəti tədris ilindən 6 000 nəfərdən çox region məktəblisi müxtəlif teatrlarda nümayiş olunan tamaşaları izləmək imkanı qazanacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq