“Xarici İşlər Nazirliyi anonim yazıları şərh etmir”. Bunu Modern.az-a açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. O, Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Nəsimi Ağababayevin “qanunsuz əməlləri” barəsində “Seymur Rzayev” imzası ilə KİV-lərdə yayılan məktuba məhz bu cür qısa şəkildə rəy verib. “Ad və soyadı şərti olaraq göstərildiyindən bu, anonim məktub sayılır”.
Vüqar İsmayılov