Modern.az

Dövlət Komitəsi uşaqların övladlığa verilməsi üçün yeni TƏKLİF irəli sürdü

Dövlət Komitəsi uşaqların övladlığa verilməsi üçün yeni TƏKLİF irəli sürdü

15 Noyabr 2013, 15:56

Bu gün Azərbaycanda uşaqların övladlığa verilməsi iki yolla mümkündür. Bunlardan biri uşaqların Azərbaycan vətəndaşlarına, digəri isə xarici vətəndaşlara övladlığa verilməsi ilə bağlıdır. Övladlığa uşaq götürmənin bir sıra şərtləri var. Belə ki, 3 aylıqdan 3 yaşına qədər övladlığa verilməsi mümkün olan uşaqların mərkəzləşmiş uçotu Səhiyyə Nazirliyi tərəfindən aparılır. 3 yaşdan 18 yaş arası uşaqların qəyyumluğa verilməsi üçün mərkəzləşmiş uçot qeydiyyatı isə Təhsil Nazirliyi tərəfindən aparılırdı. Amma uşaq evləri və bağçalar yerli icra hakimiyyəti orqanlarına verildiyi üçün bununla hazırda onlar məşğul olur. Övladlığa götürmə isə qəyyum olmaq istəyən şəxsin ərizəsi əsasında məhkəmə tərəfindən həyata keçirilir.
Uşaq əgər yerli vətəndaş tərəfindən övladlığa götürülübsə qəyyumluq və himayə orqanları tərəfindən, xarici vətəndaş tərəfindən övladlığa götürülübsə Ailə, Qadın və Uşaq Hüquqları üzrə Dövlət Komitəsi tərəfindən uşaqların sonrakı həyatına nəzarət olunur.

Belə bir təklif var ki, uşaqların övladlığa verilməsi ilə məşğul olan üç struktur birləşdirilsin. Bu haqda Modern.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Sədaqət Qəhrəmanova məlumat verib. O, qeyd edib ki, bu gün uşaqların övladlığa verilməsinin üç strukturda həyata keçirilməsi insanlar arasında müəyyən narahatlıq yaradır. Onun sözlərinə görə, övladlığa verilmənin bir strukturda birləşdirilməsi daha məqsədəuyğun olar.

“Bu gün uşaqların üç strukturda övladlığa verilməsi insanları çaş-baş salır. Bu proses bir strukturda birləşsə, daha məqsədəuyğun olardı”, – deyə komitə sədrinin müavini deyib.

Aytən ƏLİYEVA

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU