Modern.az

Azərbaycanda ən çox məzunu olan REGİONLAR

Azərbaycanda ən çox məzunu olan REGİONLAR

15 İyun 2024, 14:45

Ötən gün Azərbaycanda "Son zəng" çalınıb.

 

Modern.az-ın məlumatına görə, 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 706 935 nəfər təşkil edib.

 

Cari tədris ilində ümumi təhsil müəssisələrində 102 120 nəfər XI sinfi, 150 445 nəfər IX sinfi bitirir. Bu tədris ilində ölkə üzrə 137 862 şagird birinci sinfi başa vurub. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 87 569 uşaq təhsil alıb.

 

Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərin buraxılış siniflərini 72 782 şagird bitirir. Paytaxtın ümumi təhsil müəssisələrinin XI siniflərini 28 993 nəfər şagird bitirərək məzun adını qazanıb. 2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə ümumilikdə 505 372 şagirdin təlim-tərbiyəsi ilə 29 767 müəllim məşğul olub. Paytaxtın ümumi təhsil müəssisələrinin I siniflərini 42 070, IX siniflərini 43 664, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 125 nəfər bitirib. Paytaxt üzrə 274  ümumi təhsil müəssisəsində 971 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Bu qruplara 21 530  uşaq cəlb olunub. BŞTİ-nin tabeliyində ümumilikdə 691 təhsil müəssisəsi (məktəbəqədər təhsil müəssisələri daxil olmaqla) fəaliyyət göstərir.

 

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin buraxılış siniflərini isə 20436 şagird başa vurub. 2023-2024-cü tədris ilində Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 12359, XI siniflərini isə 8077 nəfər bitirib. Bununla yanaşı ümumi təhsil məktəblərinin I sinfini 13071 nəfər şagird başa vurub.

 

2023-2024-cü tədris ilində Mərkəzi Aran Regional Təhsil İdarəsinin ümumtəhsil məktəblərinin IX siniflərini 9 261 nəfər (Mingəçevir - 1543, Yevlax - 1464, Ağdaş - 1346, Göyçay - 1669, Ucar - 1080, Zərdab - 691, Kürdəmir - 1468) , XI siniflərini 6 047 nəfər (Mingəçevir - 1167, Yevlax - 1012, Ağdaş - 791, Göyçay - 982, Ucar - 615, Zərdab - 480, Kürdəmir - 1000) şagird bitirib. IX sinfi bitirənlərdən 4419 nəfəri qız, 4842 nəfəri oğlan, XI sinfi bitirənlərdən 2920 nəfəri qız, 3127 nəfəri oğlandır. Bu tədris ilində Mərkəzi Aran RTİ üzrə 8 213 şagird birinci sinfi bitirib. Qeyd edək ki, 2023-2024-cü tədris ilində Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 6 451 uşaq məktəbəhazırlıq qrupunu başa vurub.

 

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 4029 nəfər XI sinfi, 5419 nəfər IX sinfi bitirir. Cari tədris ilində 3805 nəfər I sinfi başa vurub. 2423 uşaq məktəbəhazırlıq qruplarında təhsilə cəlb olunub. 2023-2024-cü tədris ilində Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə ümumi təhsil müəssisələrində 54123 nəfər şagird təhsil alıb.

 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin buraxılış siniflərini 13 593 şagird bitirib. 2023-2024-cü tədris ilində Gəncə-Daşkəsən Regional  Təhsil İdarəsinin  tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 7 964, XI siniflərini isə 5 629 nəfər başa vurur. Bununla yanaşı ümumi təhsil məktəblərinin I sinfini  7 140 nəfər şagird bitirib.

 

Lənkəran-Astara RTİ-nin tabeliyindəki məktəblərin IX siniflərini 11156, XI siniflərini isə 7641 şagird bitirib.

 

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblər üzrə 5956 şagird məzun olub.

 

2023-2024-cü tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin I siniflərini 7154 nəfər, IX siniflərini 7990 nəfər, XI siniflərini 5816 nəfər şagird bitirib.

 

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin XI sinfini bu il 2375 nəfər bitirir. 2023-2024-cü tədris ilində Regional İdarə üzrə ümumi təhsil müəssisələrində təhsilalanların sayı 41 168 nəfər təşkil edib. Bu tədris ilində region üzrə 3248 nəfər şagird birinci sinfi bitirir. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 2390 nəfər uşaq təhsil alıb.

 

Şirvan-Salyan RTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin XI siniflərini 4129 şagird bitirib. 

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində bu il tam orta təhsil səviyyəsini 5438 nəfər şagird başa vurub.

 

2023-2024-cü tədris ilində Naxçıvanda ümumtəhsil məktəbləri və liseylərdən 3500 məktəbli məzun olub ki, onlardan 1640-ı qızlar, 1860-ı isə oğlanlardır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var