İyunun 15-də işğaldan azad edilmiş Ağdərə rayonunun Talış kəndindəki tam orta məktəbdə də “Son zəng” tədbiri keçirilib.
Elm və Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu il Talış kənd tam orta məktəbini bir məzun bitirib.
Səbinə Allasova sözügedən məktəbin ilk və tək məzunu kimi Talışın təhsil tarixinə düşüb.
Talış kəndindəki tam orta məktəb 2023-cü ilin martında istifadəyə verilib. Ümumilikdə 78 şagird yerlik tam orta məktəbdə müxtəlif yaş qrupundan 24 şagird təhsilə cəlb olunub. Onların tədrisi ilə 15 nəfərlik müəllim heyəti məşğul olur.