Modern.az

Fənn müsabiqələrinin final turunun yekun nəticələri elan edildi

Fənn müsabiqələrinin final turunun yekun nəticələri elan edildi

14 İyun 2024, 20:28

Məktəblilərarası fənn müsabiqələrinin final turunun yekun nəticələri elan edilib. Şagirdlər yekun nəticələri və statusları ilə bağlı məlumatlarla portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq tanış ola bilərlər.

 

Təhsil İnstitutundan Modern.az-a bildirilib ki, məktəblilərarası fənn müsabiqələrində hər fənn üzrə ən yüksək nəticə göstərən 42 və 42-ə bərabər şagird qalib hesab edilir.

 

Qeyd edək ki, fənn müsabiqələrində qalib olan (qızıl, gümüş, bürünc medal qazanan) şagirdlər qəbulu mərkəzləşdirilmiş imtahan sistemi ilə keçirilən lisey və gimnaziyalarda müsabiqədənkənar təhsil almaq hüququ əldə edirlər. Bunun üçün həmin şagirdlər iyunun 28-dək Təhsil İnstitutuna ərizə ilə müraciət etməlidirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var