654 bal toplayan Əli Rüstəmzadə Qarabağ Universitetini seçmək istəyir.
Modern.az xəbər verir ki, bu barədə Universitetin rektoru Şahin Bayramov feysbuk hesabında paylaşım edib.
Əli Mingəçevir şəhəri 17 saylı orta məktəbin məzunudur və III qrup üzrə 654 bal toplayıb.
O, seçim zamanı Qarabağ Universitetində hüquqşünaslıq ixtisasını seçəcək.