Modern.az

Türkiyə-Azərbaycan Universitetinə qəbul qaydaları bu tarixdə açıqlanacaq

Türkiyə-Azərbaycan Universitetinə qəbul qaydaları bu tarixdə açıqlanacaq

Təhsil

18 İyun 2024, 23:32

Türkiyə-Azərbaycan Universitetinə qəbul qaydaları iyunun sonunda elan ediləcək, tədris proqramları isə iyulun sonunda tam olaraq açıqlanacaq.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev BAKU TV-yə müsahibəsində deyib.

 

O bildirib ki, növbəti tədris ilindən Türkiyə-Azərbaycan Universitetinə 3 ixtisas üzrə qəbul aparılacaq:

 

"Ortadoğu Texniki Universiteti ilə kompüter mühəndisliyi, İstanbul Texniki Universiteti ilə sənaye mühəndisliyi, Hacettepe Universiteti ilə isə qida mühəndisliyi proqramlarını, hər birində 30 nəfər olmaqla, başlamağı planlaşdırırıq".

 

Nazir qeyd edib ki, qəbul qaydaları iyunun sonunda elan ediləcək. Hazırda bunun üçün hüquqi proses yekunlaşmaq üzrədir:

 

"Qəbulun meyarları adıçəkilən universitetlərin qəbul meyarlarına çox yaxın olacaq. Tələbələr həmin universitetlərin diplomunu Azərbaycanda oxumaqla əldə edəcəklər. Faktiki olaraq Türkiyə-Azərbaycan Universitetinin məzunu ixtisasından asılı olaraq ya Ortadoğu, ya İstanbul Texniki, ya da Hacettepe Universitetinin diplomunu alacaq. Bu baxımdan düşünürəm ki, qəbul kifayət qədər rəqabətli olacaq. Çünki o universitetlər keyfiyyətli təhsilini burada vermək üçün keyfiyyətlərini aşağı salmayacaqlar".

Whatsapp
Bizə yazın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var