Modern.az

Ciddi şəkildə islahata ehtiyac var - NAZİR

Ciddi şəkildə islahata ehtiyac var - NAZİR

Təhsil

19 İyun 2024, 00:51

Tədqiqatlar bizim ən zəif yerimizdir. Bunun kökündə duran məsələ odur ki, ölkəmizdə olan doktorantura təhsilinin ciddi şəkildə islahata ehtiyacı var. Çünki doktorantura bizim üçün sadəcə növbəti təhsil mərhələsi rolunu oynamamalı, yəni, bu, insana təkcə müəyyən bir status verən təhsil olmamalıdır.

 

Modern.az xəbər verir ki, bunu BAKU TV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev söyləyib.

 

Nazir qeyd edib ki, dünyada tədqiqatların qəbul olunmuş çap olunması, sitat gətirilməsi, istinadlar və s. bunların bəlli bir mədəniyyəti mövcuddur.

 

"Doktorantura təhsili ali təhsilin bir səviyyəsi olmaqla yanaşı, həm də tədqiqat bacarıqları burada formalaşdırılmalıdır. Bizim problemimiz isə odur ki, doktorantura proqramlarımızda təlim komponenti demək olar yoxdur. Bizdə doktorantura proqramları savadlı bir insanın bu və ya başqa bir mövzu ətrafında yazdığı dissertasiya işidir. Amma məsələn, Qərb sistemində və yaxud dünyanın aparıcı Şərq ölkələrində olan proqramlara baxsaq, görərik ki, doktorantura təhsili daha çox təlimdən sonra bəlli bir tədqiqat işinin aparılmasıdır. Burada hətta bəzi hallarda bir neçə tədqiqatın aparılması, nəticədə məqalənin yazılması əsasında da bu dərəcə verilə bilər", - deyə E.Əmrullayev əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var