Modern.az

Sertifikasiya imtahanı verəcək müəllimlərə XƏBƏRDARLIQ OLUNDU

Sertifikasiya imtahanı verəcək müəllimlərə XƏBƏRDARLIQ OLUNDU

Təhsil

20 İyun 2024, 09:24

Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi sertifikatlaşdırmada iştirak edəcək müəllimlərə müraciət edib.

Modern.az-ın məlumatına görə, müraciətdə bildirlib ki, müəllimlər 21, 22, 24 iyun tarixlərində keçiriləcək sertifikatlaşdırma prosesinin test imtahanlarına gələrkən yalnız şəxsiyyəti təsdiq edən sənədi özlərilə gətirməlidirlər.

“İmtahan binasına çanta və ya digər şəxsi əşyaları gətirməməyiniz tövsiyə olunur!”, - deyə müəllimlərə xəbərdarlıq olunub.


Xatırladaq ki, 21, 22, 24 iyun tarixlərində keçiriləcək sertifikatlaşdırma prosesinin test imtahanları respublikanın 18 şəhər və rayonundakı 27 məktəbdə təşkil olunacaq.

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının qərarına əsasən, həmin tarixlərdə bu il ilk dəfə prosesə cəlb olunacaq riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri imtahan verəcəklər.

21, 22, 24 iyun tarixlərində keçiriləcək sertifikatlaşdırma prosesinin test imtahanlarının yeri aşağıdakı şəkillərdə göstərilib:






A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
İranda şok yenilik-Azərbaycan dilinə icazə verildi