Modern.az

Magistr olmaq istəyənlərin nəzərinə! - Dövlət sifarişli yerlərin sayı ARTIRILIB

Magistr olmaq istəyənlərin nəzərinə! - Dövlət sifarişli yerlərin sayı ARTIRILIB

Təhsil

20 İyun 2024, 14:54

2024/2025-cü tədris ili üçün ali təhil müəssisələrinin həm Azərbaycan, həm ingilis, həm də rus bölməsi üzrə magistraturalarına dövlət sifarişi üzrə tələbə qəbuluna ayrılan ümumi plan yeri 6816-dır.
 

Modern.az xəbər verir ki, bu barədə təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirib.

 

O qeyd edib ki, 2023/2024-cü tədris ili üçün ali təhil müəssisələrinin həm Azərbaycan, həm ingilis, həm də rus bölməsi üzrə magistraturalarına dövlət sifarişi üzrə tələbə qəbuluna ayrılan ümumi plan yeri 6388 idi.

 

Beləliklə, dövlət sifarişi üzrə 428 plan yeri artırılıb.

 

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına aprelin 28-də keçirilən qəbul imtahanının (II cəhd) yekun nəticələrini mayın 17-də elan edib. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.

 

DİM-dən Modern.az-a bildirilib ki, ixtisas seçimi iyunun 21-i başlayacaq. Seçim prosesi iyunun 30-dək davam edəcək. Qurum proses barədə növbəti həftə ətraflı məlumat veriləcəyini qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi