Modern.az

Məzun şəhid övladları bu universitetlərdə oxumaq İSTƏYİRLƏR

Məzun şəhid övladları bu universitetlərdə oxumaq İSTƏYİRLƏR

Təhsil

21 İyun 2024, 14:58

Cari tədris ilində ümumi təhsil müəssisələrində 102 120 nəfər XI sinfi bitirib. Məktəbi bitirənlər arasında şəhid övladları da var.

 

Bu il məzun olanlar arasında canını vətən üçün fəda etmiş şəhidlərimizin övladları da var. 40-a yaxın şəhidimizin övladı bu il məktəbi bitirib.

 

Modern.az onlardan bir neçəsi ilə əlaqə saxlayıb.

 


Şəhid polkovnik-leytenant Ramiz Qasımovun qızı Gülanə Qasımlı bildirib ki, Qarabağ Universitetində oxumağı arzulayır.

 

“Çünki bizim igidlərimizin, eləcə də atamın düşməndən azad etdiyi o torpaqlarda təhsil almaq mənim üçün ən böyük qürurdur. Qarabağda təhsil aldığım zaman elə hesab edəcəyəm ki, atam mənim yanımdadır. O torpaqlara atamın qanı axıb, çox sevirəm Qarabağı. Atam məni rəssam görmək istəyirdi. Bilirdi ki, qabiliyyətim yaxşıdır bu barədə. Ona görə də mənə inanırdı və deyirdi ki, "qızım dünya söhrətli rəssam olacaq".

 

Müsahibimiz qabiliyyət imtahanından da uğurla keçəcəyinə inandığını bildirib:

 

“Bu yaxınlarda qabiliyyət imtahanım da olacaq. İmtahandan uğurla keçəcəyimə inanıram. Hədəfimdəki Universitetlər Qarabağ, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Odlar Yurdu Universitetidir. Rəssamlıq və dizayn ixtisası üzrə təhsil almaq istəyirəm. İlk ali təhsilimi öz vətənimizdə, öz ölkəmizdə almaq istəyirəm. Mən 5-ci qrup ixtisası üzrə imtahan verdiyim ücün ikinci imtahan qabiliyyət imtahanıdır".

 

Şəhid mayor Ramil Ağayevin qızı Aysun Ağazadə qeyd edib ki, təhsilini xaricdə davam etdirmək istəyir:

 

“Atam mənim həkim olmağımı istəyirdi, həmişə ağ xalatın mənə yaraşacağını deyirdi. Amma mən bacara bilmədim, ağır gəldi mənə IV qrup. Mən də qrupumu dəyişdim. Hazırda I qrup üzrə hazırlaşıram".

 

Onun sözlərinə görə, buraxılış imtahanında yaxşı nəticə əldə edib, amma qəbul imtahanının birinci cəhdində çətinliklə üzləşib:

 

“İndi blok imtahanının ikinci şansı üçün hazırlaşıram. Hələ ki nəzərimdə bir universitet tutmamışam, imtahanlardan sonra balıma uyğun yaxşı universitet seçəcəm. Təhsilimi xaricdə dəvam etdirmək istəyərəm".

Şəhid mayor Elnur Əliyevin oğlu Elvin Əliyev isə polis olmaq istəyir:

 

“Bu həm atamın, həm də mənim arzumdur. Atam vətənə xidmət edib, mən də vətəndaşa xidmət etmək istəyirəm. Hədəfim Polis Akademiyasında təhsil alıb polis olmaqdır”.

 

Rəşid Qarayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq