Modern.az

Sertifikasiya imtahanında 60 bal topladı

Sertifikasiya imtahanında 60 bal topladı

21 İyun 2024, 13:36

Bakı şəhərinin Sabunçu rayonundakı Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Səida Bayramova sertifikatlaşdırma imtahanında maksimum nəticə göstərib.

Modern.az saytının məlumatına görə, Səida Bayramova sertifikatlaşdırmanın bu gün keçirilən test imtahanı mərhələsində 60 bal toplamaqla rekord nəticəyə imza atıb.

O bildirib ki, suallar çox rahat olub: "1 saata sualları artıq bitirmişdim. Təkrar baxdım ki, texniki səhvlərim olmasın. Suallar çox rahat idi. Metodikada bir sualda tərəddüdüm oldu. Amma görünür ki, son qərarım düz çıxıb. Diaqnostik qiymətləndirmədə 59 bal toplamışdım. Bir sualda səhv etmişdim. Düşündüm ki, indi o səhvi də etməməliyəm. Maksimum nəticə toplamaq çox gözəl hissdir".

Saida Bayramova bildirib ki, müəllim daim özünü inkişaf etdirməlidir:

"Əgər müəllim özünü inkişaf etdirməsə, dövrün tələbinə cavab verə bilməyəcək. Uşaqları gələcəyə yaxşı hazırlamaq üçün bilik və bacarıqlarımızı daim təkmilləşdirməliyik. Sertifikatlaşdırmaya hazırlıq mərhələsində müəllimlər bir çox şeylər öyrəndi. Açığı bunun mənfi yox, müsbətləri çox oldu. Hesab edirəm ki, bu prosesdən ən çox xeyir görənlər şagirdlər olacaq". 

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu