Modern.az

Vətən Müharibəsində iştirak etmiş müəllim 59 bal topladı

Vətən Müharibəsində iştirak etmiş müəllim 59 bal topladı

Təhsil

22 İyun 2024, 10:52

Dünən müəllimlərin sertifikasiyası prosesinin test imtahanı mərhələsində Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi Təbriz Nurəddinli 59 bal toplayıb.

Modern.az xəbər verir ki, bu barədə Gəncə - Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, Təbriz Nurəddinli 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. O, "Cəbrayılın azad olunması", "Qubadlının azad olunması", "Laçının azad olunması" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var