Modern.az

Sertifikasiyadan kəsilən 1081 müəllimin şikayətinə rəsmi CAVAB VERİLDİ

Sertifikasiyadan kəsilən 1081 müəllimin şikayətinə rəsmi CAVAB VERİLDİ

Təhsil

22 İyun 2024, 13:26

8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətləri barədə məlumat bu gün müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
 

Bu barədə Modern.az-a Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzindən məlumat verilib.

Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla apellyasiya nəticələri ilə tanış ola bilərlər.
 

“Nəzərinizə çatdırırıq ki, təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 449-u məzmun, 632-si texniki məsələ olmaqla, ümumilikdə 1081 apellyasiya müraciəti daxil olmuşdur.
Qeyd edək ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlər araşdırılmış və səhv sual aşkarlanmamışdır”, - Mərkəzdən bildirilib.


Xatırladaq ki, iyun ayının 8-də keçirilmiş təkrar sertifikatlaşdırma imtahanlarında 7296 müəllim iştirak edib. 
 

Nəticələrə əsasən, ölkə üzrə 3424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsindən kəslib, onlar müvafiq keçid balını (30 bal) toplaya bilməyiblər.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var