Modern.az

Magistratura: 4 minə yaxın bakalavr qəbul ola bilməyəcək

Magistratura: 4 minə yaxın bakalavr qəbul ola bilməyəcək

Təhsil

22 İyun 2024, 22:34

"Təxminən 3-4 min nəfərin məhz I turda müsabiqədən kənarda qalacağını proqnozlaşdırıram".

 

Modern.az xəbər verir ki, bunu AzEdu.az-a təhsil eskperti Elçin (Əfəndi) Əfəndiyev qeyd edib.

 

Onun sözlərinə görə, bu il magistraturaya müraciət etmiş 24858 nəfərdən 2301 nəfər 0-30 bal aralığı nəticə əldə edib:

 

"Bu il 22557 nəfər 15796 plan yeri uğrunda mübarizə aparır.Ötən il 22448 nəfər 14171 plan yeri uğrunda mübarizə aparırdı.Həmçinin keçən il 22448 nəfər müsabiqəyə buraxılsa da, onlardan 17359 nəfər ixtisas seçimini təsdiq etmişdi. İxtisas seçimini təsdiq edənlərdən isə I tur yerləşdirmə zamanı 13286 nəfər qəbul olmuşdu".

 

Ekspert bildirib ki, bu il isə 22557 nəfər müsabiqəyə buraxılıb:

 

"İxtisas seçim təsdiqi başa çatdıqdan sonra proqnozlaşdırıram ki, 18000 nəfərdən çox ixtisas seçimində iştirak edəcək. Təxminən 3-4 min nəfərin məhz I turda müsabiqədən kənarda qalacağını proqnozlaşdırıram", -deyə fikrini tamamlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Təbrizdə ifa olunan Azərbaycan mahnısı İranı silkələdi