
Azərbaycanda yeni bir QHT, “ Demokratik Təşəbbüslər İnstitutu ” İctimai Birliyi təsis olundu. Birliyin fəaliyyətinin əsas məqsədi demokratik təşəbbüsləri inkişaf etdirməklə açıq cəmiyyətin formalaşmasına və inkşafına, insan hüquq və azadlıqlarının, söz və mətbuat azadlığı da daxil olmaqla, ümumi ifadə azadlığının təmin olunmasına, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsinə, gender bərabərliyinin təmin olunması, gənclərin və qadınların demokratik proseslərin inkişafında rolunun artırılmasına yardım etmək, cəmiyyətdə humanizmi, bəşəri dəyərləri və sülhü aşılamaqdır. Təşkilat dünyada, regionda və ölkədə baş verən hadisələri öyrənərək, təhlil edəcək və araşdırmalar apararaq, nəticələri haqqında ictimaiyyəti məlumatlandıracaq. Həmçinin, elmi araşdırmalar apararaq, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər təşkil etməyi, konfranslar, xeyriyyə marafonları, forumlar və sair tədbirlər keçirməyi də nəzərdə tutur.
“Demokratik Təşəbbüslər İnstitutu ” İctimai Birliyi eyni zamanda xarici dövlətlərdə fəaliyyət göstərən aidiyyatı qeyri-hökümət təşkilatları ilə əlaqələr qururaq, onlarala birlikdə layihələr həyata keçirəcək. İctimai Birliyin İdarə Heyətinin yığıncağında MSK üzvü Akif Qurbanov birliyin sədri seçilib. İdarə Heyətində tanınmış və peşəkar mütəxəssislər təmsil olunur.
Dövlət qeydiyyatına alınmaq üçün artıq “ Demokratik Təşəbbüslər İnstitutu ” İB-nin təsis sənədləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilib.
Modern.az