Modern.az

Daxili Qoşunların yeni komandanı kimdir? - Tərcümeyi-hal

Daxili Qoşunların yeni komandanı kimdir? - Tərcümeyi-hal

Təhsil

18 Noyabr 2013, 18:08

Modern.az saytı Daxili Qoşunların yeni komandanı general-mayor Şahin Məmmədovun tərcümeyi-halını oxucuların diqqətinə çatdırır. Tərcümeyi-hal “Media forum”a Daxili Qoşunların mətbuat xidmətindən verilib.

Şahin Məmmədov 1961-ci il yanvarın 10-da Qazax rayonunda doğulub.

1979-1982-ci illərdə hərbi xidmətdə olub.

1986-cı ildə SSRİ Daxili İşlər Nazirliyinin Saratov Ali Hərbi Komandirlər Məktəbini bitirib.

1982-1992-ci illərdə SSRİ Daxili Qoşunlarının müxtəlif hərbi hissələrində çalışıb.

1992-ci ildən Azərbaycanın Daxili Qoşunlarında xidmətə başlayıb. Müxtəlif bölgələrdə Daxili Qoşunların hərbi hissə komandiri işləyib.

2011-ci ilin martından general-mayordur.

Daxili Qoşunların komandanı vəzifəsinə təyin edilənədək uzun müddət Daxili Qoşunların qərargah rəisinin birinci müavini olub.

2013-cü ilin noyabr ayının 15-də Daxili Qoşunların komandanı təyin edilib.

Dövlət başçısının qərarları ilə müxtəlif ali mükafatlara layiq görülüb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU