“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün lazımi atmosferin yaradılmasına hər cür kömək göstərməyə hazırdır”
“Rusiya Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə birbaşa təmasların bərpa olunacağına ümid edir və bu problemin həllinə kömək etməyə hazırdır”. “RİA Novosti”nin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
S.Lavrov münaqişənin daha əvvəl əldə olunmuş müəyyən razılıqlar və hər iki tərəf üçün məqbul olan əsasıar üzrə həlli üçün lazımi atmosferin yaradılmasına hər cür kömək göstərəcəklərini söyləyib.
Ermənistanın Gömrük İttifaqına qoşulmaq və daha sonra Avrasiya İqtisadi İttifaqının formalaşması prosesində iştirak qərarına toxunan S.Lavrov bildirib ki, bu istiqamətdə formal prosedurlar sürətlə yerinə yetirilir.
Biz bu prosesin vaxtında yekunlaşması üçün hər cür dəstək verəcəyik-deyən xarici işlər naziri Rusiya prezidenti Vladimir Putinin dekabrın əvvəlində Ermənistana səfər edəcəyini bildirib.
Modern.az