Modern.az

Sertifikasiya imtahanları yekunlaşdı - Bəzi müəllimlər iştirak etmədi

Sertifikasiya imtahanları yekunlaşdı - Bəzi müəllimlər iştirak etmədi

Təhsil

24 İyun 2024, 16:14

Təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşdı. 21, 22, 24 iyun tarixlərində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 27 imtahan mərkəzini əhatə edib.

 

Təhsil İnstitutundan Modern.az-a verilən xəbərə görə, test imtahanlarında 23 448 müəllim iştirak edib. İmtahanlarda 97,5% davamiyyət qeydə alınıb.

 

Qeyd edək ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq və bu barədə ətraflı məlumat müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda seçki başladı- Azərbaycanlı prezident olacaq?