Modern.az

Oxuyub yazmaqda çətinlik çəkən şagirdlərin sayı AÇIQLANDI

Oxuyub yazmaqda çətinlik çəkən şagirdlərin sayı AÇIQLANDI

Təhsil

24 İyun 2024, 16:42

Ötən il şagirdlər arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub.

 

Modern.az xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində qeyd edilib.

 

Belə ki, 9-cu sinif şagirdləri arasında 5 nəfər, 11-ci sinif şagirdləri arasında isə 2 nəfər olub.

 

"Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların, əslində, daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9- cu sinif şagirdlərinin sayı belədir: Qazax, Şuşa, Ağstafa, Şahbuz rayonlarının və Bakı şəhərinin hərəsində 1 nəfər. 11-ci sinif şagirdlərindən oxumağı və yazmağı bacarmayanlar isə Cəlilabad və Qobustan rayonlarından olub", deyə məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycandan Ermənistana çagırış-Bakıya gəlin!