Modern.az

Ötən il hər 100 məzuna düşən plan yerlərinin sayı 57.1 olub

Ötən il hər 100 məzuna düşən plan yerlərinin sayı 57.1 olub

24 İyun 2024, 18:11

2023-cü ildə 11-ci sinif məzunlarının sayı 97978 nəfər, hər 100 məzuna düşən plan yerlərinin sayı 57.1 olub. 2022-ci ildə bu göstərici 57.1, 2021-ci ildə 60.1, 2020-ci ildə 61.2, 2019-cu ildə 59.9, 2018-ci ildə isə 54.7 olub. Plan yerlərinin sayının artmasına baxmayaraq 20222-Cİ illə müqayisədə hər 100 məzuna düşən plan yerlərinin sayı dəyişməyib. Çünki məzunların sayı da artıb (90697 nəfərdən 97978 nəfərə).

 

Modern.az xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin 2023-cü ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallarında yer alıb.

 

Dövlət sifarişi üzrə bu göstəriciyə nəzər salsaq, görərik ki, 2023-cü ildə hər 100 məzuna düşən yerlərin sayı 26.6, 2022-ci ildə 25.6, 2021-ci ildə 27.1, 2020-ci ildə 26.9, 2019-cu ildə 24.8, 2018-ci ildə isə 14.4 olub. 2019-cu ildə 2018-ci illə müqayisədə bu dərəcədə kəskin artımın səbəbi dövlət sifarişi üzrə ayrılan yerlərin kəskin artması (birdən-birə 11871 yerdən 19842 yerə) ilə əlaqədardır.

 

Elmi-statistik materiallar “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var