Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 18-də Avstriya Respublikasına işgüzar səfərə gedib.
Vyananın Şvexat Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi Avstriyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Bu gün Vyanada Azərbacan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın növbəti görüşü keçiriləcək. Prezidentlərin görüşü ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq. Görüşdə Qarabağ münaqişəsinin həlli əsas müzakirə mövzusu olacaq.
Modern.az