Modern.az

Valideyn-övlad münasibətlərində boşluqlar var

Valideyn-övlad münasibətlərində boşluqlar var

19 Noyabr 2013, 09:24

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Sədaqət Qəhrəmanova Modern.az-a bildirib ki, valideyn məsuliyyəti ilə bağlı qanun layihəsi hazırlanır. O, bunu ölkəmizdə valideyn məsuliyyətsizliyinin olması, boşanma nəticəsində valideynlərin övladlarına sahib durmamaları, ataların aliment ödəməmələri ilə əlaqələndirib. 

Hələlik belə bir qanun layihəsinin parlamentə daxil olmadığını bildirən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə Modern.az-a açıqlamasında buna etiraz etmədiklərini deyib.

“Komitə olaraq biz belə bir qanunun hazırlanmasına etiraz etmirik. Zaman bunu tələb edir”.

Deputat qeyd edib ki, indi olmasa da, gələcəkdə lazımi təqdirdə bu qanun layihəsi qəbul edilə bilər. Onun sözlərinə görə, belə bir qanunun qəbulu qanunverici bazada olan boşluqları doldura bilər.
“Məsələn, valideyn-uşaq münasibətlərində bu cür boşluqlar var. Əvvəllər boşanma az idi, indi isə boşananların sayı 10 faizdir. 10 faiz boşanma olanda valideyn məsuliyyəti də artmalıdır, yoxsa uşaq sahibsiz qalır. Bundan başqa, 18 yaşı tamam olmayan qızlarını ərə verən valideynlərin də məsuliyyət məsələsi qoyulmalıdır”.

Amma H.Rəcəbli hazırda bu sahədə çox da ciddi problemlərin olmadığını düşünür. “Valideynin övlad qarşısında məsuliyyəti var. Qeyd etmişik ki, 18 yaşa qədər uşaqlara valideyn məsuliyyət daşıyır, 70 yaşdan yuxarı ahıllara isə övladları məsuliyyət daşıyır. Bu sahədə ciddi, faciəli problemlər yoxdur”.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU