Modern.az

Con Kerri Azərbaycan və Ermənistan prezidentlərinə zəng edib

Con Kerri Azərbaycan və Ermənistan prezidentlərinə zəng edib

Təhsil

19 Noyabr 2013, 11:45


ABŞ dövlət katibi Con Kerri və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Trend-in ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə C.Kerri və Ə.Davudoğlu görüşdən sonra keçirilən mətbuat konfransında bildiriblər.

ABŞ dövlət katibi Con Kerri deyib: "Neçə aydır biz Kipr və Dağlıq Qarabağ münaqişələrini müzakirə edirik. Bu məsələdə ABŞ yerlərdəki səfirlərlə işləməyi və bu prosesi davam etdirir".

ABŞ dövlət katibinin sözlərinə görə, o, artıq Azərbaycan və Ermənistan prezidentləri ilə telefon vasitəsilə əlaqə saxlayıb: "Biz bu prosesin irəliləməsinə çağırırıq və biz bu prosesdə iştirakı davam etdirəcəyik".

  Modern.az
Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU