“Hələ ki ondan məlumatımız yoxdur”. Bunu Modern.az-a açıqlamasında BDU-nun mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova universitetin bir neçə gün öncə itkin düşən tələbəsi Asim Məmmədov haqda danışarkən bildirib.
Qeyd edək ki, 16 noyabr tarixindən BDU-nun Şərşünaslıq fakültəsinin II kurs tələbəsi Asim Məmmədov itkin düşüb. O, internetkluba getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Şərşünaslıq fakültəsinin dekanı Elxan Əzizov da Modern.az-a hazırda tələbə barədə əllərində hər hansı yeni məlumatın olmadığını dedi: “O, neçə gün idi, dərsə gəlmirdi. Orta səviyyəli tələbəydi. Biz də bilmirik indi hardadır…”.
Misranə Həsənzadə