Modern.az

Aslan Aslanov Xəbər Agentliklərinin IV Dünya Konqresində

Aslan Aslanov Xəbər Agentliklərinin IV Dünya Konqresində

19 Noyabr 2013, 12:47

Noyabrın 18-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Xəbər Agentliklərinin IV Dünya Konqresi öz işinə başlayıb.
Modern.az AzərTAc-a istinadən xəbər verir ki, Dünya Konqresinin işində Səudiyyə Ərəbistanı Krallığının yüksək vəzifəli şəxsləri ilə yanaşı, Türkiyənin Anadolu, Rusiyanın İTAR-TASS, Misirin MENA, Argentinanın TELAM, Fransanın Frans-Press, Böyük Britaniyanın Press Assoşieyşn, Avstraliyanın Assoşieyted Press, Tomson Röyters, Koreya Respublikasının YONHAP agentlikləri daxil olmaqla dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA xəbər alyanslarının, SKY Nyus Arabia, Los Anceles Tayms, Guardian, BBC kimi aparıcı media qurumlarının və məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərləri iştirak edirlər.  

Səudiyyə Xəbər Agentliyinin təşkilatçılığı ilə keçirilən konqresdə  Azərbaycanı AzərTAc-ın baş direktoru Aslan Aslanovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Tədbirin açılışında çıxış edən Səudiyyə Ərəbistanı Krallığının informasiya və mədəniyyət naziri Əbdüləziz bin Muhyiddin Xoca hazırda xəbər agentliklərinin qarşısında mühüm vəzifələrin durduğunu, öz varlıqlarını uğurla davam etdirmək üçün yeni çağırışlara vaxtında cavab verməyin vacib olduğunu vurğulayıb.

Xəbər Agentliklərinin III Dünya Konqresinin prezidenti kimi çıxış edən Argentinanın TELAM xəbər agentliyinin direktoru Alberto Huqo yeni medianın əhəmiyyətini vurğulayıb, telekommunikasiya vasitələrinin qarşılaşdığı dəyişikliklər və inkişafla uyğunlaşmağın, bunların media sahəsinə uğurla tətbiqinə çalışmağın zəruriliyinə diqqəti çəkib.

Sonra Səudiyyə Xəbər Agentliyinin baş direktoru Abdullah bin Fəhd əl-Hüseyn üç gün davam edəcək tədbirin gündəliyini təqdim edibr. Baş direktor qeyd edib ki, konqres çərçivəsində “İnformasiya bazarında yeni məhsullar və xidmətlər”, “Sosial media və digər yeni rəqəmsal media”, “Ərəbdilli xəbər yayımçılarının xəbər agentlikləri barədə fikirləri”, “Yeni fürsətlərdən necə yararlanmalı” və “Xəbər agentlikləri qəzetlərin gələcək ehtiyaclarını necə təmin edəcək” mövzularında beş panel iclası keçiriləcək. Konqres işini davam etdirir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU