Suriyada Bəşər Əsəd qüvvələri sırasında üsyançılara qarşı Rusiya hərbçiləri də döyüşür. Modern.az xəbər verir ki, bu barədə Rusiyanın “Fontan” qəzeti məlumat yayıb. İddiaya görə, Əsəd ordusu sırasında olan rus hərbiçilərinin çoxu Federal Təhlükəsizlik Xidməti (FTX) və Rusiya ordusunda vaxtilə çalışmış təqaüddə olan zabitlərdir. Sözügedən mətbuat orqanı Rusiya hərbi qaynaqlarına istinadən bildirib ki, Əsəd qüvvələrinə hərbi dəstək verən ruslar daha çox Suriyanın Tartus və Latakiya bölgələrində döyüşür.
Bununla yanaşı, Suriyada vətəndaş müharibəsində tərəf kimi iştirak edən rus zabitlərin sayı da açıqlanıb. İddiaya görə, onların sayı 276-dır. Suriyada mövcud iqtidarın devrilməməsi üçün vuruşan rus hərbçilər Bəşər Əsəddən hər ay qarşılıq olaraq 4 min dollar alırlar. Bu arada hərbçilərin şəkilləri də sosial şəbəkələrdə nümayiş olunub.
Aqşin Kərimov