Modern.az

“Gənc istedadlar” liseyi ilin ən yaxşı məktəbləri sırasında

“Gənc istedadlar” liseyi ilin ən yaxşı məktəbləri sırasında

Təhsil

19 Noyabr 2013, 14:06

Modern.az xəbər verir ki, bu gün Ba­kı Döv­lət Universitetində Pre­zident İlham Əli­yevin 6 avqust 2013-cü il tarixli sərəncamı ilə BDU nəzdində “Gənc istedadlar” liseyinin 2012/2013-cü tədris ilində ke­­­çiril­miş “İlin ən yaxşı ümumtəhsil mək­təbi” müsabiqəsinin qaliblərindən biri olması münasibətlə tədbir təşkil olunub.

Tədbirdə əvvəlcə BDU-nun rektoru, akademik Abel Məhər­rəmov çıxış edib. Rektor ümummilli lider Heydər Əliyevin müstəqil dövlətin təməli olan təhsilə xü­susi diqqət və qayğı göstərilməsindən, bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsindən danışıb. Liseyin fəaliyyəti dövründə əldə etdiyi uğurlardan danışan rektor, indiyədək 5 buraxılışı olan liseyin məzunlarının  hamısının dövlət ali məktəblərinə qəbul olduğunu, onlardan bir çoxunun prezident təqaüdünə, qızıl medala layiq görüldüklərini, xarici universitetlərə daxil olduqlarını diqqətə çatdırıb. Eyni zamanda lisey şagirdlərinin respublika və beynəlxalq olimpiadalarda əldə etdiyi uğurlardan da danışıb və bildirib ki, bütün bunların nəticəsidir lisey prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “İlin ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülüb. 

Daha sonra “Lisey inkişaf və yüksəliş yollarında” mövzusunda liseyin direktoru, professor Qasım Hüseynov çıxış edib.  Liseyin başlıca vəzifəsinin gənc istedadları aşkar etmək, onların inkişafına hərtərəfli şərait yaratmaq, gələcək inkişaflarını düzgün istiqamətləndirmək, dərin biliyə, yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər gənclər yetişdirməkdən ibarət olduğunu deyən  Q.Hüseynov liseyə marağın ildən-ilə artmasından, əldə olunan nailiyyətlərdən bəhs edib: “2007-2008-ci tədris ilində liseyin azərbaycan və rus bölmələrin 10 sinfində 200 şagird təhsil alırdırsa, hal-hazırda liseyin 26 sinifində 518 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 75 nəfər müəllim məşğul olur ki, onların da 30% elmi dərəcəsi olan təcrübəli müəllimləridir. Fəaliyyəti dövründə liseyin kollektivi bir sıra uğurlar yazanmışdır. Liseydə 5 buraxılış olmuşdur. Məzunların hamısı ali məktəblərə qəbul olmuşdur. Qəbul imtahanlarında liseyi bitirən 142 məzundan 76 nəfər 500-dən, o cümlədən 33 nəfər 600-dən çox bal toplamışdır. Onların 44 nəfəri BDU-da müvəffəqiyyətlə oxuyur. Qəbul imtahanlarındakı nəticələrə dair TQDK-nın verdiyi statistik məlumata əsasən bütün buraxılış illərində liseyimiz məzunlarımızın topladıq­ları orta bala və fənlər üzrə düzgün cavabların faizinə görə həmişə qabaqcıllar sırasında olmuşdur”. Tədbirdə Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, Təhsil Problemləri İnstitunun direktoru Qulu Novruzov da iştirak edib. Liseyin müəllimləri adından Kərəm Səfərov, valideynlər adından Murad Axundov çıxış edib. Bədii hissədə isə lisey şagirdlərinin ifasında maraqlı çıxışlar edildikdən sonra, respublikanın xalq artisti Alim Qa­sımov, müğənni Şəhla Həmidovanın ifaları dinlənilib.  Sonda  rektor, akademik Abel Məhərrəmov tərəfindən Azərbaycan incəsənətinin görkəmli nümayəndələrinə Bakı Dövlət Universitetinin xatirə hədiyyələri təqdim edilib.


 

 

Modern.az    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir