Modern.az

İlham Əliyevlə Serj Sarkisyan görüşdü - YENİLƏNİB

İlham Əliyevlə Serj Sarkisyan görüşdü - YENİLƏNİB

19 Noyabr 2013, 14:52


u gün Avstriyada Azərbacan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın növbəti görüşü keçirilir.
Avstriya paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü artıq başlanıb.  

Əliyev və Sarkisian Dağlıq Qarabağ münaqişəsini ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə təşkil edilən görüşdə müzakirə edirlər.

***
Ermənistan mediası artıq prezidentlərin görüşünün yekunlaşdığı barədə xəbər yayıb. Media Ermənistan prezidentinin mətbuat katibi Arman Sağatelyanın Twitter səhifəsinə istinadən yazır ki, bir qədər əvvəl prezidentlərin təkbətək görüşü başa çatıb və Minsk Qrupunun həmsərdrləri onlara qoşulub. Görüş barədə hələ ki rəsmi açıqlama verilməyib.

Prezidentlərin görüşü, iki illik fasilədən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları yenidən başlamış olur.


Görüşün keçirildiyi "Coburg" oteli...

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU