Modern.az

Sertifikasiyada riyaziyyatdan suallar asan deyildi - Emin Əmrullayev

Sertifikasiyada riyaziyyatdan suallar asan deyildi - Emin Əmrullayev

Təhsil

27 İyun 2024, 15:16

Sertifikasiya imtahanlarında riyaziyyat fənninin sualları asan deyildi.

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma-2024: Peşəkar müəllim- Keyfiyyətlə təhsil” adlı konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, bəziləri riyaziyyat fənnindən sualların asan olduğunu deyir, lakin asan olsaydı, hamı yüksək bal  toplayardı.

"Riyaziyyat müəllimlərinin nəticələri müsbətdir. 90 faiz müəllim imtahanı uğurla başa vurub. Onlardan 46 faizi yüksək nəticə qazanıb. Lakin sualların asan olması ilə bağlı fikirlər doğru deyil. Əgər asan olsaydı, 10 faiz kəsilməzdi",- deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?