Modern.az

Sertifikasiyada kəsilən müəllimlərin dərsləri onlara verilir - RƏSMİ

Sertifikasiyada kəsilən müəllimlərin dərsləri onlara verilir - RƏSMİ

Təhsil

27 İyun 2024, 15:20

Təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində işdən ayrılan müəllimlər müsabiqədə yüksək nəticə göstərmiş müəllimlərlə əvəz olunur.

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində  keçrilən "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbirdə söyləyib.

"Təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində yaranmış vakant saatlar müəllim sıxlığı müşahidə olunan müəssisələrdə həmin müəssisənin müəllimləri arasında bölünür və nəticədə müəssisə üzrə orta dərs yükü artır", - deyə nazir əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?