Modern.az

MİQ-dən gələn müəllimlər sertifikasiyada daha yüksək bal toplayıblar

MİQ-dən gələn müəllimlər sertifikasiyada daha yüksək bal toplayıblar

Təhsil

27 İyun 2024, 15:24

Müəllimlərin işə qəbulu (MİQ) imtahanlarından keçənlərin orta sertifikatlaşdırma balı 52, MİQ-də iştirak etməyənlərin orta balı isə 43-dür.

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, əvvəlki dövrdə MİQ və yerdəyişmə imtahanlarında iştirak edib 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələri əhəmiyyətli dərəcədə yüksək olub (keçid faizi – 99%).

Belə ki, hər iki nəticə  arasında yüksək sayıla biləcək əlaqə mövcuddur (70% korrelyasiya). Sertifikatlaşdırmada bu qrup üzrə nəticə orta hesabla 52 bal təşkil edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?