Modern.az

Məktəblərdə metodik nəzarət artırılacaq

Məktəblərdə metodik nəzarət artırılacaq

Təhsil

27 İyun 2024, 15:32

Artıq rahat deyə bilərik ki, yeni tədris ilində ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlərin hamısının minimal biliyi var.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı deyib.

 

"Amma bu, hələ də hər şey demək deyil. Yeni tədris ilində məktəblərdə metodik nəzarət artırılacaq. 150 müəllim yeni tədris ilində müasir metodik xidmət layihəsinə cəlb olunacaq", - deyə nazir bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?