Modern.az

Azərbaycanda pnevmaniya əleyhinə peyvəndləmə aparılacaq

Azərbaycanda pnevmaniya əleyhinə peyvəndləmə aparılacaq

19 Noyabr 2013, 22:35

Uşaqlar arasında aparılacaq peyvəndləmə dekabrın 1-dən başlanılacaq

İlk dəfə olaraq ölkə ərazisində pnevmakok çöpləri əleyhinə peyvəndləmə aparılacaq. Buna səbəb son vaxtlar uşaqlar arasında müxtəlif dərəcəli pnevmaniyanın çoxalması olub. Pnevmakok çöpləri əleyhinə peyvənd 2 ayından 2 yaşına qədər uşaqlar arasında aparılacaq.

“Bu peyvəndlər pinevmaniya tənfəffüs yollarının bronxiti, spekt yaralar, miningizm əlehyniə xəstəliklərdən qurtulmaq üçündür”- deyə Respublikanın baş pediatrı Nəsib Quliyev ANS TV-yə bildirib.

Baş pediatr məhz pinevmaniya əleyhinə aparılan peyvəndin uşağa əks təsir göstərə biləcəyinin sıfıra bərabər olduğunu qeyd edir və ümumiyyətlə körpələr üçün təyin olunan peyvəndlərin vaxtında aparılmasını məqsədəuyğun sayır.

Pnevmakok çöpləri əleyhinə aparılacaq yeni peyvəndin dekabr ayının 1-dən vurulmasına başlanılacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU